Çoxşaxəli məntiqlə vacib məsələlərin müzakirəsi| Tehran Bakının Zəngəzur dəhlizi ilə bağlı tələblərini başa düşür

2025/02/1738669229.jpg
Oxunub: 1664     16:38     04 Fevral 2025    
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Qafqaz regionunun təhlükəsizliyinin İran üçün çox vacib olduğunu bildirib.

İran XİN-in sözçüsü bildirib: “Bizim hər iki ölkə ilə yaxşı münasibətlərimiz var və son günlər diplomatik mübadilələrimiz artıb. Biz Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün hər cür yardımı göstərməyə, o cümlədən iki ölkə arasında danışıqların irəliləyişini dəstəkləməyə hazır olduğumuzu əvvəllər bəyan etmişik və təkrar edirik”.

Bu bəyanat kontekstində qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib. Üstəlik, bu hal bir neçə cəhətdən çox diqqətəlayiqdir.

Birincisi, cəmi bir neçə gün əvvəl Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda olub və orada digər görüşlərlə yanaşı, Əhmədianla da görüş keçirib. Digəri isə odur ki, Əhmədyanın özü də ilin əvvəlində regional səfər çərçivəsində Bakıda olub. Onun ilin əvvəlindəki səfərindən sonra münasibətlər daha da sıxlaşıb və Azərbaycanın iki yüksək dərəcəli rəsmisi təxminən on gün ərzində ard-arda Tehrana səfər edib, üstəlik İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə görüşüb.

Bu o deməkdir ki, Bakı və İran çoxşaxəli məntiqlə vacib məsələləri müzakirə edirlər. Bunun Qafqaz və Suriya ilə nə əlaqəsi var? Azərbaycan Suriya məsələsində Türkiyəni dəstəklədiyini bəyan edib. Lakin Suriyada Əsədin devrilməsi İranın da uğursuzluğu kimi qəbul olunduğundan, Tehranla da müəyyən razılaşmalara ehtiyac duyulduğu ortaya çıxır.

Nəhayət, Əhmədianın regional səfərinin ardınca Rusiya və İran arasında regional və daha geniş, belə demək mümkündürsə, çoxregionlu saziş imzalandı. Bu reallıq da nəzərə almaya bilməz. Digər tərəfdən, Yaxın Şərq və Qafqaz regionlarının sistemli qarşılıqlı əlaqəsi çoxdan özünü büruzə verir və bu mənada müzakirələrin “ağırlıq mərkəzi” nə olursa-olsun, onların “üzviliyi”nin qaçılmaz olacağı şübhəsizdir.

Bu mənada son Azərbaycan-İran müzakirələrinin müəyyən intensivliyi bəlkə də daha çox Qafqazın özünə aiddir, çünki Bakı Yaxın Şərqdə İranla bu qədər ətraflı müzakirə aparmaq niyyətində deyil. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə İranın gərəksiz mövqelərindən gəri çəkilməsini təmin etməyə çalışdığı istisna edilmir və bu məsələ ilə məşğul olan Şahin Mustafayevin Tehrana səfər etməsi diqqət çəkir.

İran XİN-in sözçüsü Tehranın hər cür yardıma hazır olduğunu bildirib. Bu cür ifadələr bəlkə də divar vəziyyəti kimi görünən situasiyalarda səslənə bilər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan   Zəngəzur  


Bizi "telegram"da izləyin